Kilsədən sonsuzluğa “İZAHAT” – Mitropolit “səbəb”i açıqladı

media-hightechnic-468x90

Pravoslav din xadimi sonsuzluğun nədən yaranmasının “səbəb”inin tapıb.

media-banner_tuq

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Ryazan mitropoliti Mark sonsuzluğun yaranmasını insanların televizora hədsiz aludəçiliyi ilə əlaqələndirib.

Onun fikrincə, insanların, xüsusilə yemək zamanı televizor izləmələri onlarda sonsuzluğun əmələ gəlməsinin əsas səbəbidir.

Din xadimi qeyd edib ki, KİV-də qorxunc başlıqlı xəbərlərin təqibi insanlarda vahimə yaradır və depressiyaya yol açır:

“Tanışımın qızı ailə qursa da, uşağı olmurdu. Məsləhət üçün keşişin yanına getdikdə o qadına tövsiyə etmişdi ki, yemək yeyərkən televizora baxmasın, uşağı olacaq.

Qadın televizorda izlədiyi başlıqların təsirinə düşərək dünyaya uşaq gətirməkdən qorxurdu. Amma televizor izləməkdən imtina etdikdən sonra onun üç övladı dünyaya gəldi”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05