!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə bazarında “Güzəştli mənzillər” bumu: “Hər hansı məhdudiyyət yoxdur...” – VİDEO

!Reklam – Yazi

Dövlətin imkansız ailələri düşünərək, həyata keçirdiyi “Sosial evlər” layihəsi ətrafında mübahisələr səngimir.

Yenicag.az xəbər verir ki, əhalinin aztəminatlı təbəqəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək məqsədi ilə həyata keçirilmiş “Sosial evlər” layihəsi reallıqda tam fərqli mənzərəni ortaya çıxarıb.

İstifadəyə verilmiş “Sosial evlər”dəki çox sayda mənzilin kirayə üçün təklif edilməsi imkansız ailələrin sözügedən layihədən yararlana bilmədiklərini göstərir.

Hüquq müdafiəçisi Sahib Məmmədov və vəkil Roman Qaraşov Yenicag.az-a açıqlamalarında “Sosial evlər”dəki mənzillərin sahibləri tərəfindən kirayəyə verilməsinin hüquqi tərəfini dəyərləndiriblər.

Qeyd edək ki, “Sosial evlərdə”də satışa çıxarılan 1otaqlı mənzillərin qiyməti 29 min 925 manat, 2 otaqlı mənzillərin qiyməti 47 min 652 manat, 3 otaqlı mənzillərin qiyməti isə 65 min 417 manatdan başlayır. Mənzillər 3-30 illik ipoteka ilə təklif olunur. Mənzili nağd alanlara 10% endirim edilir. Maraqlıdır ki, həmin binalarda bu qiymətlərə alınan mənzillər kirayə bazarında minimum 400 manata təklif olunur.

Mövzuya həsr olunan geniş videomaterialı təqdim edirik:

Gülşən Şərif

www.yenicag.az

6185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv