Kissincerin proqnozu 50 ildən sonra GÜNDƏMDƏ – İsraillə bağlı NƏ DEMİŞDİ?

media-hightechnic-468x90

“Rusiya və ABŞ tənəzzülə uğrayır”.

Bu sözləri Avropa və ərəb ölkələrinin başqa müttəfiqlər axtarışına çıxması, eləcə də İsrail-Türkiyə münasibətlərini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-zerdust1

O, bildirib ki, ərəb ölkələri və Avropa dövlətləri ABŞ-nin təhlükəsizlik zəmanətinə inanmır:

“Ərəb dövlətlərinin ABŞ-nin sözü ilə oturub-duran, mürtəce rəhbərləri anlayırlar ki, Vaşinqton onların təhlükəsizliyinə zəmanət verməyə hazır deyil. Avropa da bilir ki, ABŞ Avropa dövlətlərinə görə hansısa hərbi münaqişəyə girməyəcək. Buna görə də hərə öz başına çarə axtarır”.

Türkiyə ilə İsrailin toqquşma ehtimalına gəldikdə isə analitik bunları deyib:

“İnanmıram ki, İsrail Türkiyə ilə, Türkiyə isə İsraillə açıq müharibəyə getmək niyyətində olsun. Suriya ərazisi başdan-başa cəbhə bölgəsidir. Suriyada hər iki ölkənin qüvvəsi var. İstisna edilmir ki, lokal toqquşmalar ola bilər. Vaxtilə Türkiyə aviasiyası Rusiya təyyarəsini vurmuşdu. Buna bənzər hadisələr baş verə bilər. İsrail isə cürət edib Türkiyə ərazisinə zərbə endirə bilməz. Bu zaman ABŞ də Türkiyəni saxlamağa qadir deyil. Türkiyə də istəməz ki, ABŞ ilə toqquşsun”.

Z. Əlizadənin fikrincə, bütün dünyada münaqişələr dərinləşir:

“Rusiya və ABŞ tənəzzülə uğrayır. Əvvəlki kimi qlobal güc kimi çıxış edə bilmir və öz qınlarına çəkilirlər. İsrailin isə axırı yaxınlaşır. 20-ci əsrdə ən savadlı siyasətşünas alim Henri Kissincer idi. Kissincer demişdi ki, 2020-2022-ci ildə İsrailin axırı çatacaq. Proqnozlarda bir neçə il heç nəyi dəyişmir. İsrail dərin böhran içindədir və İsrail hakimiyyəti macəralarla dolu bir xətt tutub. Bunun axırı heç vaxt yaxşı olmur”.

“İsrail ya kəskin şəkildə dəyişməlidir – bu da mümkün görünmür, çünki əhalinin böyük hissəsi Netanyahunu müdafiə edir – ya da ki, dövlət kimi yer üzündə silinə bilər. İsrail ABŞ-nin məskunlaşma siyasəti idi. Necə ki, erməniləri ruslar Cənubi Qafqazda məskunlaşdırmışdı. Ermənilərin ağılları başına gəlib. Ermənistan buna görə dövlət kimi qala bilər. Ancaq İsrail qonşularla dil tapmaq niyyətində deyil. Düşünürəm ki, Qərb dünyasının müsəlman şərqində yəhudi məskunlaşma layihəsinin sonu çatır”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa