!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kitab oğurlayan gəncləri həbs gözləyir? - "Vurulmuş ziyanın miqyası..." - HÜQUQŞÜNAS

“Hadisənin inzibati, yoxsa cinayət məsuliyyəti olması araşdırma nəticəsində müəyyən olunacaq”.

Bu gün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarından birindən iki ədəd kitab oğurlamaqda şübhəli bilinən Elməddin Süleymanlı və Elvin Əhmədovun saxlanılması məlumatı ictimaiyyətlə paylaşılıb. Ancaq gənclərin “kitab oğurluğu” cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Hadisənin nə qədər cinayət məsuliyyəti yaratdığı barədə Yenicag.az-a açıqlama verən hüquqşünas Xəyal Bəşirov oğurlanan kitabların dəyərinin bunu müəyyənlşədirəcəyini bildirib:

“Söhbət kitabın dəyərindən gedir. Böyük ehtimalla xırda talama olacaq. Hər bir halda, bu, qanun pozuntusudur. Əgər xırda talamadırsa, bu, inzibati pozuntu hesab ediləcək. Amma qiyməti yüksək olduğu təqdirdə, yəni iki yüz, üç yüz, beş yüz manatdırsa, bu, oğurluq hesab ediləcək və cinayət məsuliyyəti yaradacaq. Hadisənin inzibati, yoxsa cinayət məsuliyyəti olması isə araşdırma nəticəsində müəyyən olunacaq. İlk olaraq kitabların dəyəri, vurulmuş ziyanın miqyası müəyyənləşdiriləcək”.

DİN-in saxlanılan şəxslərin görütülərini yayması məsələsinin hüquqi tərəfinə toxunan vəkil yetkinlik yaşına çatmış şəxslərin şəkil və videolarının yayımlanmasında qanun pozuntusu olmadığını da vurğulayıb:

“Onların görüntülərinin yayılmasına gəldikdə, əgər yetkinlik yaşına çatmış şəxslərdirsə, onların foto və videolarının yayılmasında heç bir qanun pozuntusu yoxdur. Yetkinlik yaşına çatmayan şəxslər pozuntuya yol versələr belə, onların məsuliyyəti yaranmır”.

Aqil Bəkir

www.yenicag.az

418
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100