Kolleclərə qəbulun nəticələri açıqlandı

media-hightechnic-468x90

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Bu barədə Yenıcag.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Dövlət ödənişsiz 3251 3017 146 3163 97.29
Dövlət ödənişli 4558 4078 143 4221 92.61
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) 335 315 20 335 100.00
Cəmi 8144 7410 309 7719 94.78

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi faizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 6695 6475 220 6695 100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1449 935 89 1024 70.67
Cəmi 8144 7410 309 7719 94.78

Abituriyentlər 2025-ci il 14 avqust saat 11:00-dan – 22 avqust saat saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa