“Koroğlu” metrosundan Hava limanı istiqamətində hərəkət məhdudlaşdırıldı

media-hightechnic-468x90

Hal-hazırda Suraxanı rayonu, Aeroport şosesində ( “Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsinin söküntü işləri aparılır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, söküntü işləri səbəbindən “Koroğlu” metro stansiyasından ( Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:

“Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə yönləndirilir. Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05