Koronavirusdan nüfuzlu sərgiyə ZƏRBƏ – Konqres ləğv edilir

Ənənəvi Mobil Dünya Konqresi Çində yayılan və dünyanı hələ də təhdid edən koronovirus səbəbindən ləğv oluna bilər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, fevralın 24-27 də İspaniyanın Barselona şəhərində keçiriləcək “MWC Barcelona 2020” – “Mobile World Congress” (Mobil Dünya Konqresi) illik mobil texnologiyalar sərgisinin gerçəkləşməsi sual altına düşüb.

Xəbər verdiyimiz kimi, sərginin daimi iştirakçıları olan bəzi böyük şirkətlər koronavirus riskinə görə artıq geri addım ataraq, Barselonanın otellərinə verdikləri sifarişləri ləğv etməyə başlayıblar.

Dünya şöhrətli LG, “Ericsson”, “Nvidia” ilə yanaşı “Amazon”, “Sony”, “NTT Docomo, Gigaset”, “Umidigi”, “Intel”, “Vivo” şirkətləri də eyni səbəbdən Mobil Dünya Konqresində iştirak etməyəcəklərini bildirib.

Qeyd edək ki, Mobil Dünya Konqresi mobil sənayenin gələcəyini müəyyənləşdirəcək ən müasir məhsul və texnologiyalar təqdim edən müxtəlif ölkələrin 2 mindən çox şirkətini bir araya gətirir.

Məsumə M.