Tatarıstanda uşaq göyə atıb-tutularkən ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, valideynlər oynayarkən dörd aylıq körpəni havada atıb-tutmaq qərarına gəliblər. Amma nəsə səhv olub və körpə ölüb.
Faciə şənbə günü, yanvarın 6-da səhər saatlarında baş verib. Körpədə zorakılıqla ölüm əlaməti yox idi, oğlanın anası və atası heç nə izah edə bilməyiblər.
Ertəsi gün aparılan yarılma nəticəsində məlum olub ki, oğlan onurğa sütununda qan sızmasından dünyasını dəyişib.
Müayinədən sonra ana və ortağı saxlanılıb. İstintaqın ilkin versiyasına görə, qanaxma uşaqla oynayan zaman – havaya atılarkən baş verə bilərdi.
Dəqiq səbəb histoloji və situasiya müayinələrindən sonra məlum olacaq.
İstintaq Komitəsi artıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb.
Xuraman Etibarlı
www.yenicag.az