Kreml Paşinyana qarşı: "Seçkilərdə qarşıdurma və silahlı toqquşma olacaq"

media-hightechnic-468x90

“Ermənistan Rusiya tərəfindən iç savaşa sürüklənir.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq Rusiyanın Ermənistan seçkilərinə müdaxilə planlarını açıqlayıb:

“Ermənistana qarşı Rusiyanın son vaxtlar təzyiqlərinin ciddi şəkildə artması böyük ölçüdə məhz Ermənistanda keçiriləcək parlament seçkilərinin yaxınlaşması ilə bağlıdır. İndiyəcən Kreml Paşinyan hakimiyyəti ilə dil tapmağı bacarmayıb, buna görə də Rusiya seçki ərəfəsində onun üzərinə hücuma keçib. Bir tərəfdən informasiya savaşı açır, digər tərəfdən Paşinyan hakimiyyəti Rusiyanın siyasi rəhbərliyindəki şəxslər tərəfindən açıq mətnlə təhqir və təhdid olunur. Paralel olaraq, Paşinyan hakimiyyəti ilə ziddiyyəti Ermənistan seçicilərinə çatdırmaq üçün bu ölkəyə qarşı iqtisadi-ticari sanksiyalar tətbiq olunur. Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasına qadağalar qoyulub və bu prosesin seçki dönəmində daha da genişlənəcəyi istisna deyil. Bu, kənd təsərrüfatı sektorunda çalışanları Paşinyan hakimiyyəti ucbatından zərərçəkən durumuna salmaq üçün hesablanıb. Məqsəd budur ki, onlar müxalifətə səs versinlər. Digər tərəfdən, Paşinyan hakimiyyətinə enerji resursları ilə bağlı da xəbərdarlıq olunub”.

Politoloq Rusiyanın seçki planları nəticəsiz qaldığı təqdirdə Ermənistanı iç savaşa aparmasının mümkün olduğunu da iddia edib:

“Hazırda Ermənistan üçün olduqca təhlükəli situasiya yaranıb. Paşinyan hakimiyyətinin dəyişdirilməsi və ya Kremldən asılı vəziyyətə düşə biləcək səviyyədə zəiflədilməsi üçün Rusiya bütün mümkün ssenariləri işə salıb. Ehtiyat ssenarilərdən biri də seçki ərəfəsində və ya ondan sonra Ermənistan daxilində vətəndaş qarşıdurmasının törədilməsi və bunun silahlı toqquşmalara qədər inkişafıdır. Bundan başqa, Rusiyanın ən taleyüklü məqamda Ermənistandakı hərbi bazalarını hərəkətə gətirə biləcəyi də istisna deyil. Bunlar onu göstərir ki, hazırda həm Paşinyan hakimiyyəti, həm də Ermənistan taleyüklü mərhələdən keçir və seçkinin nəticələri bu ölkənin gələcək taleyinə birbaşa təsir göstərəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05