Kremldən gülünc AÇIQLAMA – Rəisi ilə Putin nəyi müzakirə etdi?

Bu gün Rusiya prezidenti Vladimir Putinlə İran İslam Respublikası prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Yenicag.az Kremlin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Putinlə Rəisi regional məsələləri müzakirə ediblər.

Prezidentlər telefon danışığında Qarabağ məsələsinə xüsusi paraqraf ayırıblar.

“Vladimir Putin Rusiya tərəfinin atəşkəsin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin təmin edilməsi, regionda dinc həyatın bərqərar olması üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib”, – deyə açıqlamada qeyd edilib.

Açıqlamada vurğulanan fikirlərin vəziyyətin gərginləşdiyi və Rusiya sülhməramlılarının fəaliyyətsizliyinin gündəmə çevrildiyi bir vaxtda səsləndirilməsi isə Qarabağdakı gərginliyin rəsmi Moskvanın “fitva”sı ilə olduğunu və bundan heç bir narahatlıq duymadığını göz önünə sərir.