!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN: Küçədə uşağı döyənlərin kimliyi müəyyənləşdi - YENİLƏNDİ - VİDEO

!Reklam – Yazi

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

***

11:22

Bakıda marketin qarşısında uşaq döyülüb.

Yenicag.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən aydın olur ki, hadisə avqustun ikisi, axşam saatlarında baş verib.

Belə ki, marketin qarşısında oturan azyaşlıya yaxınlıqdakı yeniyetmələr tərəfindən zorakılıq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Görüntüləri təqdim edirik:

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv