Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verildi

media-hightechnic-468x90

İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Qazax, Tovuz, Samux, Ağstafa, Salyan, İmişli, Sabirabad, Yevlax, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Ucar, Saatlı, Şamaxı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Quba, Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Xızı, Qobustan və Hacıqabulda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600