Küləkli və yağıntılı hava şəraiti davam edir

media-hightechnic-468x90

İyunun 3-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Oğuz rayonu Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 mm, Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.

Küləyin sürəti

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600