Küləksiz havada ağac “Passat”ın üzərinə aşdı – FOTO

Nəsimi rayon Hüseynbala Əliyev küçəsi 40 nömrəli binanın qarşısında ağac avtomobilin üzərinə aşıb.

Yenicag.az xəbər verir ki, binanın qarşısında park edilmiş 99 VB 333 dövlət qeydiyyat nişanlı “Passat”ın üzərinə ağac aşıb.

Hadisə nəticəsində kimsə xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Sakinlər qeyd edirlər ki, ağacın küləksiz havada aşması aidiyyatı qurumların səhlənkarlığından qaynaqlanır.

Belə ki, baş verən hadisədən göründüyü kimi ərazi üzrə ağacların budanması zamanında həyata keçirilməyib və nəticədə insanlar üçün təhlükəli vəziyyət yaranıb.