!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdə suyun səviyyəsi 76 sm artdı

!Reklam – Yazi

Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 76 sm artıb.

Yenicag.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, hazırda ölkə çaylarında gursululuq dövrü davam edir:

“Hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar əksər çaylarda sululuq artıb. Qazax Gəncə bölgəsinin ərazisindən axan Zəyəmçayda suyun səviyyəsi 3, Kürəkçayda 6, Füzuli rayonu ərazisindən axan Quruçayda 31, Oğuz rayonu ərazisindən axan Əlicançayda 5, Quba rayonu ərazisindən axan Qudyalçayda isə 3 sm artım olub. Böyük Qafqazın cənub yamacından axan Türyançay, Göyçay və Dəmiraparançay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində iyunun 17-də Qarasuçayda suyun səviyyəsi 1 metr 25 sm artıb və nəticədə Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45 sm, Surrada 76 sm, Salyanda isə 20 sm artım müşahidə olunub”.

A.Verdiyev vurğulayıb ki, yağan intensiv leysan yağışı nəticəsində Tovuz rayonu ərazisindən axan Əsrik çaydan və Goranboy rayonu ərazisindən axan Gorançaydan qısamüddətli sel keçib.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv