Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kürdəmirdə karantin qaydalarını pozanlar cərimələndi

Son iki gündə Kürdəmirdə karantin qaydalarını pozduqlarına görə 16 nəfər rayon sakini cərimələnib.

Bu barədə Yenicag.az-a Kürdəmir Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Polis Şöbəsinin əməkdaşları gün ərzində istər rayonda, istərsə də kəndlərdə koronavirus infeksiyasının qarşısını almaq istiqamətində bir sıra tədbirlər həyata keçirirlər. Polis əməkdaşları insanlar arasında profilaktik söhbətlər aparır və onlara karantin qaydalarına ciddi şəkildə əməl etməyi, tibbi maskadan istifadəni, eləcə də sosial məsafəni gözləməyi tövsiyə edirlər. Təkcə son iki gün ərzində RPŞ əməkdaşları karantin qaydalarını pozduqlarına görə, eləcə də tibbi maskadan istifadə etmədiyinə görə 16 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 100-200 manat məbləğində cərimə tətbiq ediblər.

Hazırda Kürdəmir RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

www.yenicag.az

237
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100