!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KURYOZ HADİSƏ - Qadını xəbəri olmadan afrikalıya ərə verdilər

!Reklam – Yazi

Pasportunu itirən qadının başına iş gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Sankt-Peterburq prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Rusiyanı Sankt-Peterburq şəhərinin sakini olan qadın pasportunu itirib. Daha sonra onu bərpa etməyə gedəndə qəfildən ərdə olduğunu bilib. O, nikaha girməyib və yeni ailə qurduğu  “ər”i ilə də tanış deyil.

Məlum olub ki, onun sənədindən Afrika ölkələrindən birinin vətəndaşı istifadə edib. Afrikalı saxta nikah vasitəsilə Rusiya vətəndaşlığını almaq istəyib. .

Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb.

Xuraman Etibarlı

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv