Laqundayla ayağını kəsdi – Samuxda

Samux rayonunda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sərkər kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Azad Yəhya oğlu Həsənov laqundayla ağac kəsən zaman ehtiyatsızlıqdan ayağına xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.