Lavrovun müavini: "Ermənistanda Rusiyaya qarşı hədsiz informasiya kampaniyası aparılır"

media-hightechnic-468x90

Bu gün Ermənistanda Rusiya Federasiyasına qarşı tamamilə azğın informasiya kampaniyası geniş vüsət alır, lakin Avropa İttifaqından fərqli olaraq, Moskva Yerevanın daxili işlərinə qarışmır.

media-banner_tkm

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.

“Müşavirədə onu da qeyd etdik ki, bu gün Ermənistanda informasiya məkanında tamamilə azğın anti-Rusiya kampaniyası geniş vüsət alır. Bu kampaniyada Rusiya Ermənistanın daxili proseslərinə, Ermənistandakı seçkiqabağı proseslərə müdaxilədə ittiham olunur. Lakin real olaraq Rusiya Ermənistanın daxili işlərinə qətiyyən qarışmır, bunu isə məhz Ermənistan rəhbərliyinin öz ölkəsini aparmağa çalışdığı həmin Avropa İttifaqı blokunun nümayəndələri edirlər”, – nazir müavini bildirib.

Onun sözlərinə görə, söhbət ondan gedir ki, “artıq bu gün Ermənistanda həmin Avropa İttifaqının nümayəndələrindən ibarət qruplar mövcuddur və onlar məhz daxili işlərə, Ermənistandakı seçkiqabağı proseslərə müdaxilə ilə məşğuldurlar”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05