!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrovun Özbəkistana səfəri təxirə salındı

!Reklam – Yazi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 28-29 oktyabr tarixlərində Özbəkistana planlaşdırılan səfəri təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya xarici işlər naziri ilə Özbəkistanın xarici işlər naziri arasında baş tutan telefon danışığından sonra departamentin saytında dərc edilmiş məlumatda deyilir: “İş qrafiklərindəki dəyişikliklərlə əlaqədar Sergey Viktoroviç Lavrovun oktyabrın 28-29-da Daşkəndə planlaşdırılan səfərinin təxirə salınması barədə razılıq əldə olunub”.

Departamentdən qeyd olunub ki, söhbət zamanı tərəflər Rusiya və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsinə yönəlmiş iki dövlət liderlərinin qərarlarının həyata keçirilməsi üçün birgə fəal işi davam etdirmək niyyətlərini təsdiqləyiblər.

COP29

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv