!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Layihə hazırlanarkən bütün beynəlxalq konvensiyalar nəzərə alınıb" - Arzu Nağıyev

!Reklam – Yazi

“İlkin ictimai dinləmədə bütün vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, demək olar, bütün orqanların rəyi alınaraq qanun layihəsi təkmilləşdiriləcək”.

Bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi haqqında fikrilərini bölüşən millət vəkili Arzu Nağıyev Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, sözügedən qanun layihəsi hazırlanarkən bütün beynəlxalq konvensiyalar nəzərə alınıb:

“Bu gün artıq “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun yenidən işlənməsi zərurəti yaranmışdır. Çünki mövcud qanun 1992-ci ildə qəbul edilib. Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya yaranıb. Məhz buna görə Milli Məclis tərəfindən lazımi addımların atılması zəruridir. Bu baxımdan, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciət ediblər. Artıq iyul ayının 26-da Milli Məclis prosesin başlanması ilə bağlı mediaya açıqlama vermişdir. Milli Məclisin plenar iclasına, eyni zamanda, komitələrin iclaslarına çıxarılmazdan əvvəl parlamentin saytında yerləşdirilib. Sentyabrın 28-də həmin qanun layihəsinin ilk ictimai dinləməsinin keçirilməsi nəızərdə tutulur. İyulun 26-da layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün qeydiyyatdan keçən bütün siyasi partiyalara müraciət olunub. 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib.

Milli Məclisdə bu layihə hazırlanarkən bütün beynəlxalq konvensiyalar, eyni zamanda, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə istər 2010, istər 2020-ci ildə qəbul edilən tövsiyələri və 20-dən çox ölkənin təcrübəsi nəzərə alınıb.

İlkin ictimai dinləmədə bütün vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, demək olar, bütün orqanların rəyi alınaraq qanun layihəsi təkmilləşdiriləcək. Buna görə düşünürəm ki, bu, zəruri məsələdir. Çünki layihənin qəbul edilməsilə Azərbaycanın siyasi həyatında siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənəcək”.

Aqil Bəkir

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv