!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Legitimliyi hələ də sual altında olan Baydenin...” - Sabir Rüstəmxanlıdan sərt sözlər

!Reklam – Yazi

“Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin bundan sonra da ümidləri doğruldacağına inanıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsinin müzakirəsində çıxış edən deputat Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı vurğulayıb ki, Azərbaycanın formalaşmış demokratik seçki ənənələri var və bu ənənə
davam etdirməlidir:

“1918-1920-ci illərdə Azərbaycan demokratik seçki ənənələrini yaratmışdı. 1991-ci ildən etibarən ölkəmizin çox çətin şəraitdə torpaqları işğal olunub və 1 milyondan artıq qaçqın var. Belə bir şəraitdə Azərbaycan yeni seçki ənənələri formalaşdırdı. Bu ənənə müəyyən ziddiyyətlərə baxmayaraq, hələ də mövcuddur. Məsələ burasındadır ki, Azərbaycana qarşı ittiham irəli sürən, bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər nədənsə düzgün seçim edə bilmirlər. Hələ də ABŞ prezidenti Co Bayden ilə Tramp arasında mübahisələr gedir. Legitimliyi sual altında olan Bayden kimi bir adamın Türkiyəyə qarşı ittiham irəli sürməsi son dərəcədə gülüncdür. Türk millətinin tarixi bəllidir. Bu gün Qərb ölkələrinin irəli sürdüyü müəyyən bəyanatlar bizi ruhdan sala bilməz. Buna görə də Azərbaycan demokratik seçki ənənələrini davam etdirməli və doğru bildiyi yol ilə getməlidir. Azərbaycanın düz yolda olduğunu bütün dünyaya sübut etməliyik”.

Gülşən Şərif

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv