Reklam: High Technic
hightechnic

Lənkəranda intihar - 44 yaşlı kişi özünü asıb

Lənkəran rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Meyit rayonun Sütəmurdov kənd sakini, 1974-cü il təvəllüdlü Kamran Taşur oğlu Məmmədovdur.

Onun narkotik maddə aludəçisi olduğu bildirilir.

Qeyd edək ki, bu gün Lənkəran şəhərinin vağzal ətrafı, dənizə yaxın ərazisində asılmış vəziyyətdə naməlum kişi meyiti aşkar edilib. Müayinədən sonra onun intihar etdiyi məlum olub.

K.Məmmədov iki uşaq atası idi.

***

12:10

Lənkəran rayonunda naməlum kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, orta yaşlarında olan şəxsin intihar etdiyi ehtimal olunur.

Meyit asılmış vəziyyətdə dəniz kənarına yaxın ərazidə aşkarlanıb və müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır./Report/

www.yenicag.az

899