Lənkəranda üçəm dünyaya gəldi
Yenicag.az xəbər verir ki, tibb müəssisəsinin nəzdində fəaliyyət göstərənLənkəran Regional Perinatal Mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın 09.02.2026-cı il tarixində tibb müəssisəsinin Doğum şöbəsinə yerləşdirilib.
Pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub.
Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq., boyları isə 40, 41 və 42 sm. olub. Onlardan ikisi oğlan, biri qızdır.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.












