Lerikdə 47 yaşlı kişini it dişlədi
Lerik rayon sakininə küçə iti hücum edib.
Yenicag.az xəbər verir ki, hadisə Lerik rayon ərazisində baş verib. Lerik rayon Nuravud kənd sakini 1978-ci il təvəllüdlü Elçin Şiroğlan oğlu Mirzəyevə küçə iti hücum edərək dişləyib. O, dərhal Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb və quduzluq əleyhinə vaksin vurulub. Daha sonra E.Mirzəyev vəziyyətinə uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona baldırın böyük həcmli losduqvari yarası diaqnozu qoyublar.
Müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir./unikal












