“Barselona”nın futbolçusu Robert Levandovski klubdakı gələcəyi ilə bağlı danışıb.
Yenicag.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu açıqlamasında bu yay Kataloniya təmsilçisindən ayrıla biləcəyi haqda məlumatlara da münasibət bildirib:
“Bu yay “Barselona”dan ayrılmağım qətiyyən mümkün deyil. Bu, müzakirə mövzusu deyil. Fiziki olaraq özümü yaxşı hiss edirəm. Ən az iki il belə olacaq. Fiziki cəhətdən ən yüksək səviyyədə olmayanda getmək barədə düşünəcəyəm”.
Qeyd edək ki, Robert Levandovski cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 43 matçda iştirak edib, 20 qol vurub və 9 qolun ötürməsini verib.
www.yenicag.az