Leyla Əliyeva əkizləri ilə film izlədi – Fotolar
Mayın 14-də “Nizami” Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 8 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və “Şirvan Milli Parkı”ndan bəhs edən filmin təqdimatı olub.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva da iştirak edib.
L.Əliyeva özü ilə əkizləri Əli və Mikayılı da aparıb(axşam.az).




















