Gənc ikən “ağsaqqal” ömrü yaşadı - Doğum günün mübarək, Azər!

media-hightechnic-468x90

Yaddaşlarda “Bozbash Pictures” layihəsindəki Əzəmət və Ağsaqqal obrazları ilə qaldı. Amma ağsaqqal ömrünü yaşamaq ona nəsib olmadı. Bir neçə dəfə koma vəziyyətinə düşdü, ölümün bir addımlığından qayıtdı. Sağ qalması üçün hər kəs Allaha dualar etdi. Amma əcəl onu aparmağa gəlmişdi və apardı da… 2025-ci il yanvarın 5-də 39 yaşında bu dünyayla vidalaşdı, cismani ömrünü başa vurdu. Yarımçıq qalmış arzularını isə özü ilə son mənzilə daşıdı.

media-banner_tkm

media-images-68

Yenicag.az xəbər verir ki, məşhur azərbaycanlı aktyor Azər Baxşəliyevin bu gün doğum günüdür.

media-images-67

Onun istedadını vəsf etməyə heç lüzum da yoxdur. Çünki istedadı göz önündə idi. Azər obrazları ilə yenə güldürür, yenə çöhrələrə gülüş qondurur. İstedadlı insanlar abırlı olur deyirlər. Azər yalnız istedadı ilə sevilmirdi, həm də abırlı insan olması ilə ürəklərə yol tapmağı bacarırdı. Yaşı az olsa da, daxilən elə ağsaqqal yaşda idi.

media-images-69

Hələ çəkiləcək çox rolları, yaradacaq çox obrazları var idi. Həvəslə o günləri gözləyirdi. Amma sən saydığını say… Xəstəlik də için-için öz işini görürdü. O, xəstəliyi ilə heç mübarizə də aparmadı. Sağlamlığına qarşı biganəliyi onu ölümə daha da yaxınlaşdırdı. Amma qismət. Alın yazısından qaçılmaz… Bu gün Azər yoxdur, amma Ağsaqqal onun yaradıcılıq ömrünü davam etdirir. Odur ki, deyirik: Doğum günün mübarək olsun, Azər!

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05