Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Leyla Əliyevanın övladlığa götürdüyü qızın – FOTOSU

uaua9Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni foto paylaşıb.

Onun adına olan İnstagram səhifəsində paylaşılan fotoda dövlət başçısının böyük qızı L.Əliyevanın əkiz oğlanları Əli və Mİkayılla yanaşı bir qız uşağı da var.

Azyaşlı qızın Leyla xanımın bir müddət öncə uşaq evindən övladlığa götürdüyü Əminə olduğu ehtimal edilir.

İçərişəhərdə çəkilən şəkilə heç bir şərh verilməsə də, izləyicilər bu qızın övladlığa götürülən həmin uşaq olduğunu zənn edir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir neçə gün əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyünü açıqlamışdı:

“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”(ans).

www.yenicag.az

280