Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı

media-hightechnic-468x90

Mərkəzləşdirilmiş imtahan yolu ilə lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb.

Bu barədə Yenicag.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, 25 iyun 7-ci və 8-ci siniflər üzrə qəbul imtahanı, 26 iyun 6-cı sinif üzrə qəbul imtahanı, 27 iyun 5-ci sinif üzrə qəbul imtahanı keçiriləcək.

Ərizə qəbuluna 5 iyun saat 15:00-dan etibarən start veriləcək və qeydiyyat prosesi 20 iyun tarixinə kimi davam edəcək.

Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600