!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli”nin mirası uğrunda YENİ SAVAŞ: Çeçen kriminal avtorirtet “müharibə”yə hazırlaşır - VİDEO

!Reklam – Yazi

Çeçen əsilli kriminal avtoritet, Əhməd Şalinski ləqəbli Əhməd Dombayev ötən ay Antalyada qətlə yetirilən kriminal avtoritet Nadir Səlifovun mirasına iddia edir.

Yenicag.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Cənubi Ural zonasına nəzarət edən Şalinski hazırda Çelyabinsk vilayətində təsir imkanlarını artırmağa çalışır.

Qeyd olunur ki, Şalinski digər regionlarda özünə dəstək əldə edə bilsə, o halda “Lotu Quli”nin qardaşı və varisi Namiq Səlifovla rəqabət apara bilər.

Şalinskinin meyvə-tərəvəaz alverindən daxil olan pul axınına sahiblənmək üçün qəti addımlar atmağa hazır olması onun və Namiq Səlifovun tərəfdarları arasında ciddi toqquşmalara səbəb ola bilər.

Bu arada Namiq Səlifovun kriminal avtoritetlər Merab Mzareula ilə Matsi Qvaramiyanı barışdırması onun nüfuzunu xeyli artırıb və qeyd-şərtsiz lider statusunu möhkəmlədib.

www.yenicag.az

2575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv