!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko səhv yerdə dayandı və Yeltsinin məşhur frazasını xatırlatdı - VİDEO

!Reklam – Yazi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin “səhv yerdə oturubsunuz” kəlamını xatırladıb və mərhum prezidenti “klassik” adlandırıb.

Yenicag.az REN TV-yə istinadla xəbər verir ki, MDB-nin Bişkekdə keçirilən sammitində protokol çəkilişi zamanı maraqlı insident baş verib.

Əl sıxma zamanı Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarov jurnalistlərə çox yaxınlaşıblar. Bununla bağlı fotoqraflar dövlət başçılarından bir az geri çəkilməyi xahiş ediblər.

Cavabında Lukaşenko Boris Yeltsinin məşhur ifadəsini dilə gətirib. “Düz yerdə dayanmayıbsınız. Klassikin sözü olmasın, səhv yerdə oturubsunuz”, – Belarus lideri Japarova müraciətlə deyib. Nəticədə hər iki lider uğurlu kadrlar üçün bir az uzaqlaşıblar.

Yada salaq ki, Yeltsin 1999-cu il mayın 5-də Kremldə baş nazirin birinci müavini Sergey Stepaşinin zalda yanlış yeri tutduğunu görəndə məşhur “yerinizdə oturmayıbsınız” ifadəsini işlədib. Sonra o, üçüncü minilliyə hazırlıq üzrə təşkilat komitəsinin iclasında çıxışına fasilə verib və Stepaşindən baş nazir Yevgeni Primakovun yanında oturmağı tələb edib.

COP29

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv