Lukaşenko Trampın xahişi ilə onları əfv etdi
Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampın xahişi ilə 14 əcnəbi məhbusu əfv edib.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus kanalları məlumat yayıb.
“Belarus prezidenti xoşməramlılıq jesti olaraq və humanizm prinsiplərinə əsaslanaraq bir sıra xarici vətəndaşları əfv etmək qərarına gəlib. Əfv olunanlar arasında Belarusda casusluqda, ekstremist və terrorçu fəaliyyətdə iştirakda, respublika ərazisində digər cinayətlər törətdiklərinə görə cəza çəkən məhbuslar da var. Əfv olunanlar arasında altı Litva, iki Latviya, Polşa və Almaniya vətəndaşı, həmçinin bir Fransa və bir Böyük Britaniya vətəndaşı da var”, – məlumatda qeyd olunub.