Lukaşenkodan ŞƏRT: “Putin nə vaxt Navalnı ilə danışığa başlasa, mən də elə o an…”

Belarus lideri onun legitimliyini tanımayan ölkə müxalifəti ilə danışıq aparmağın şərtini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində bu məsələdə rusiyalı həmkarı Vladimir Putindən nümunə götürəcəyini deyib.

O, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə danışığa başlamasının şərtini də bəyan edib:

“Mən paralel apara bilərəm. Bax Putin nə zaman Navalnı ilə danışıq masasına əyləşsə, mən də elə o an Svetlana ilə danışığa başlayacağam”.