!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Makron Ermənistana səfər edəcək

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib.

Paşinyan deyib ki, bu səfər Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Fransalı diplomat Makronun Ermənistana səfərinin təşkili üçün fəal iş aparıldığını və bunun əməkdaşlığın inkişafında vacib bir təkan olacağını vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil kimi sahələrdə əməkdaşlıqda maraqlıdır.

www.yenicag.az

649
Ads
www.veteninfo.com
!Reklam – Arxiv