Makronun arvadının adını bu şəkildə yazdılar

media-hightechnic-468x90

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi portalında “Jean-Michel” kişi adı ilə qeydiyyatdan keçib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə BFMTV kanalında yayımlanan sənədli filmdə deyilir.

Filmin treylerində birinci xanımın aparat rəhbəri Tristan Baumenin ötən ilin sentyabrında vergi yoxlaması zamanı baş vermiş hadisəni danışdığı bir klip də var. Belə ki,  Bricit Makronun adının görünməli olduğu hissədə yerinə kişi adı yazılıb. Film istehsalçısı bildirib ki, bu səhv texniki problem deyil, kənar müdaxilənin nəticəsidir.

Yelisey sarayı hadisəni ciddi qəbul edib və Bricit Makron şikayət edib. İstintaq məlumatların dəyişdirilməsinin iki mümkün günahkarını müəyyən edib.

Xatırladaq ki, 2022-ci ildə mediada Bricitin kişi doğulduğuna dair iddialar ortaya çıxdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05