!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun planlarına ZƏRBƏ: İfrat sağ konstitusion çoxluğa yaxınlaşır – PROQNOZ

!Reklam – Yazi

Gələn həftə keçiriləcək seçkilərdə Le Penin “Milli Ralli”si 200-280 yer, sol koalisiya olan Xalq Cəbhəsi 120-180 yer, Makronun “İntibah” Partiyası isə 100-dən az yer əldə edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, proqnozlar göstərir ki, Le Pen bu nəticə ilə konstitusion çoxluğa (289 yer) yaxınlaşır.

KİV yazır ki, Makron çox ciddi məğlubiyyətlə üzləşə və sağın qələbəsi Fransa prezidentinin Ukrayna və Avropa büdcəsi ilə bağlı planlarına zərbə endirə bilər.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilər fonunda hakim “İntibah” Partiyasının ən böyük rəqibi olan “Milli Ralli” Partiyasının əzici üstünlüyü ələ keçirməsi Fransada hakimiyyətdaxili gərginliyə səbəb olub. Qlobal analitiklər hesab edirlər ki, Avropada radikal sağın qələbəsi fonunda Ukrayna böhranında inamı itirən mərkəz solçular üçün ən böyük fiasko məhz Fransada qeydə alınıb.

Həmçinin hazırda ölkədə müxalifət fraksiyasının ciddi təzyiqi ilə üzləşən və bunun nəticəsində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əmr verən Makron hakimiyyəti ciddi seçim qarşısındadır. Reputasiyası çox zəif olan Emmanuel Makron və komandasının növbəti seçkilərdə şanslarının zəif olduğu qeyd olunur.

Rafi Müslümov

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv