Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Manaf Ağayev karantini belə pozdu - Villasında məşhurlara iftar süfrəsi açdı - VİDEO

Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.

Yenicag.az xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.

M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: “Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.

Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.

“Manaf qardaşım sağ olsun Ramazan günündə bizim üçün iftar süfrəsi açıb. Bura (Manafın bağ evi – red.) öz evimiz kimidir. Hər zaman süfrən açıq olub, olacaq da. Sən Allahın sevimli bəndəsisən. Başın uca, süfrən ruzili, kisən bərəkətli olsun”, – deyə Vasif bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tədbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsəfasi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır.

Yuxarıda sadaladığımız bütün bəndlər isə müğənni Manaf Ağayevin lentə alaraq, sosial media hesabında paylaşdığı videoda pozulub./Oxu.az/

www.yenicag.az

835