Maşın mağazaya çırpıldı – Goranboyda

Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “VAZ-21015” markalı avtomobil mağazaya çırpılıb. Qəza zamanı mağazada olan Nail Sabir oğlu Əliyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.