51 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.
Yenicag.az APA-nın cənub bürosunun verdiyi xəbərə istinadən bildirir ki, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.













