Mask uşaqların cinsini dəyişən həkimlərə bu cəzanın verilməsini istəyir

media-hightechnic-468x90

Amerikalı milyarder İlon Mask yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatını həyata keçirən həkimlərin ömürlük həbsi ideyasını dəstəklədiyini bildirib.

Yenicag.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində müvafiq suala cavabında bildirib.

“Bəli”, – deyə Mask bu cür prosedurlarla məşğul olan həkimlərin ömürlük həbsini istəyən bir istifadəçinin yazısına cavab olaraq yazıb.

Qeyd edək ki, “Tayms” qəzetinin hesabatında göstərilir ki, son beş ildə Birləşmiş Ştatlarda ən azı 14 min uşaq cinsiyyətini dəyişmək istədikləri üçün cərrahi və ya kimyəvi kastrasiyaya məruz qalıb./Axar.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600