Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mədəniyyət Nazirliyində ciddi yoxlamalara başlanıldı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.

Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyindəki mənbədən Oxu.Az-a verilən məlumata görə, yoxlama Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun nəzarətində olmuş şöbələrdə gedir.

Yoxlamaların nazirliyin tabeliyində olan digər idarələrdə də aparılması istisna edilmir.

Qeyd edək ki, may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanılıb. Onun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayevin də nazirlikdə olduğu bildirilib. Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan R.Bayramov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

www.yenicag.az

269