!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır" - Nazir müavini

!Reklam – Yazi

Bakının Sabunçu Rayon Məhkəməsində “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimat keçirilib.

Yenicag.az xəbər verir ki, Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təqdimatda çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov qeyd edib ki, təqdim edilən sistem 2014-cü ildə Prezident İlham Əliyevin Azərbaycanda elektron-məhkəmə informasiya sisteminin yaradılması barədə sərəncamının davamıdır:

“Ötən müddət ərzində xeyli işlər görülüb. Artıq bu sistem fəaliyyətdədir və məhkəmələrin təxminən 60 faizindən çoxu və qərarları icra edən qurumların xeyli hissəsi sistemə qoşulub.

Çalışırıq ki, vətəndaşlarımız bu sistemin imkanları barədə daha ətraflı məlumat əldə etsinlər və bundan yararlansınlar”.

Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatının dayandırılmasına gəldikdə isə ədliyyə nazirinin müavini Azər Cəfərov vurğulayıb ki, hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır.

“Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda təqdimatda millət vəkilləri, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Nazirliyin mütəxəssisləri sistem barədə geniş məlumat veriblər.

www.yenicag.az

4242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv