Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

media-hightechnic-468x90

14420747221047629340_1000x669Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Əl-Haram məscidində zəvvarların üzərinə aşan inşaat kranının sahibi “Əl-Qaidə”nin öldürülmüş sabiq lideri Üsamə ben Ladenin ailəsidir. Bu barədə məlumatı İngiltərənin Daily Mail nəşri əldə edib.

media-banner_tkm

Nəşrin yazdığına görə, zəvvarların üzərinə aşan kran Saudi BinLaden Group tikinti firmasını idarə edən alman kompaniyasına məxsusdur. Ölkənin tikinti bazarında inhisarçı olan bu firmanın əsası 1931-ci ildə “Əl-Qaidə”nin eks-liderinin atası Məhəmməd ben Laden tərəfindən qoyulub.

Ben Laden Səudiyyə Ərəbistanında hörmətli familiyadır. Bu familiyanı daşıyanlar arasında milyarderlər və kralın yaxın dostları var. Bir nömrəli terrorçunun 600-ə yaxın qohumunun olduğu bildirilir.

Xatırladaq ki, kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Ölənlər arasında iki türk zəvvar da var(azərtac).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05