!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblər bu tarixdən açılır - Hazırlıqlar başladı

!Reklam – Yazi

Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

Yenicag.az Report-a istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv