Təhsil Nazirliyi gənclərə narkotikdən istifadə qaydalarını öyrədir
Bu gün sosial şəbəkələrdə maraqlı bir şəkil paylaşılıb. Yenicag.az-ın xəbərinə görə, “Sancaq” səhifəsində paylaşılan şəkildə məktəblərdə narkomaniya əleyhinə mübarizə kitabçasından seçmələrdən bəhs edilir.
Lakin kitabda narkotiklə mübarizə qaydaları olduqca gülüncdür.
“Narkotikdən istifadə edirsənsə, şprislə etmə, etsən də təzə şprisdən istifadə et” kimi orta məktəb səviyyəsinə uyğun olmayan təlimatlar nazirlik işçilərinin problemə baxışlarını ortaya qoymaqdadır.
Bu tövsiyyə təxminən əxlaqsız qadınlara ünvanlanan “edirsən et, ancaq qoruyucudan istifadə et” şüarını xatırladır.