Ermənistan ABŞ-dən V-BAT pilotsuz uçuş aparatları əldə etdi

media-hightechnic-468x90

Ermənistan hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları əldə edib.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, V-BAT pilotsuz uçuş aparatlarının effektivliyi geniş istifadə təcrübəsi ilə sübut olunub və bu, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

“Ermənistan-ABŞ hərbi və müdafiə tərəfdaşlığında əhəmiyyətli irəliləyişlər əldə etmişik”, – Paşinyan qeyd edib.

Paşinyan onu da qeyd edib ki, Ermənistanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın əsasını tək bir məqsəd təşkil edir: sülh və sabitlik.

“ABŞ-la bütün hərəkətlərimiz və əməkdaşlığımız sülhə və sabitliyə yönəlib və mən əminəm ki, bu məqsədə nail olmaq mümkündür”, – o vurğulayıb./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05