Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi - YENİLƏNDİ / FOTO

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə qəfil ürəktutmadan vəfat edib.

N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. O, 2016-cı ildən bu vəzifəni icra edib.

Daha əvvəl isə N. Abbaszadə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb. N. Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.

Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var.

***

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

Loading...

www.yenicag.az

2471
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100