!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Mənə qaranlıqdır ki, kimlər və nə üçün belə bir qanunun qəbuluna maneçilik törətdilər" - Ekspert

!Reklam – Yazi

Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “PAŞA Holding”in təşəbbüsü ilə startaplara yatırım üçün “Caucasus Venture” Fondu təsis edilib. fondun büdcəsi 11 milyon manat təşkil edir.

Fond toxum səviyyəsində, yəni ilkin inkişaf səviyyəsində olan 50-dək startapları 5 il ərzində maliyyələşdirməyi hədəfləyib. Fondun direktoru Məmməd Kərim təyin edilib. Təqdimatda çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev cari ilin sonunadək startaplara və ekosistemə dəstək məqsədilə bir neçə qanunvericiliyə dəyişiklik ediləcəyini də açıqlayıb.

Yenicag.az xəbər verir ki, fondun təsis edilməsi ilə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb.

O qeyd edib ki, sözügedən fondun yaradılması müsbət haldır və gözləntiləri doğrultması arzuolunandır:

“2012-ci ildə biz ölkədə startap hərakatına başlayanda hökumətə verdiyimiz ən birinci təkliflərdən biri belə bir fondun yaradılması, bu istiqamətdə hüquqi bazanın formalaşması olmuşdu.

Bildiyim qədər, RİNN, ASAN və KOBİA nə qədər çalışsa da, ötən müddət ərzində vençur maliyyələşmə haqqında qanun layihəsini ortaya çıxara bilmədi. Hələ də mənə qaranlıqdır ki, kimlər və nə üçün belə bir qanunun zamanında qəbuluna maneçilik törətdilər. İstənilən halda, yeni qanunvericilik olmadan da RİNN və digər qurumların birləşərək belə fonda start verilməsi təqdirəlayiqdir. Ümid edirəm ki, Fond ekosistemdə ciddi bir canlanma yaradacaq və startaplarımıza investisiya dəstəyi verən ciddi bir struktura çevriləcək. Əlbəttə, burada risklər, problemlər və uğursuzluqlar da qaçılmazdır. İnanıram ki, fondun direktoru Məmməd Kərim investorlarla “dil tapa” və onları inandıra biləcək, onların səylərini ekosistemin inkişafına yönəldə biləcək”.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv