Mənzilini həmkarına 5,2 milyon dollara satdı
Hollivud aktyoru Bred Pittin mülkü nəhayət ki, satılıb. Məlum olub ki, mülkün yeni sahibi ulduzun çevrəsinə yaxın olan şəxs olub.
Yenicag.az TMZ-yə istinadən bildirir ki, Pittin Los-Ancelesdəki daşınmaz əmlakını onunla birlikdə “Bir Zamanlar Hollivudda” filmində rol almış Ostin Batler alıb. Sövdələşmə Bred üçün çox uğurlu olub, çünki o, sahəsi 186 kvadratmetr olan evi demək olar ki, aldığı məbləğə sata bilibş. Mənbələr mülkün 5,2 milyon dollara satıldığını bildirir.
Qeyd edək ki, bu xüsusi mülk yayda qarət edilib. BNu hadisədən sonra Bred Pittin daha bu yerdə yaşamaq istəmədiyini deyib. Lakin polisin məlumatına görə, onun yeni sahibi üçün təhlükə yoxdur, çünki cinayətlarlar dərhal həbs edilib.
“Döyüş klubu”, “Cənab və xanım Smit” və “Troya” filmlərinin ulduzu evdə iki il yaşayıb. Evdə üç yataq otağı, iki vanna otağı, sauna, böyük açıq hovuz və günəş panelləri var.
Bundan sonra mülkün bütün şəraiti və mənzərələrindən yeni sahibi 2023-cü ildə BAFTA film mükafatı almış və “Elvis” biopik filmindəki baş roluna görə Oskar mükafatına namizəd olmuş məşhur amerikalı aktyor Ostin Batler olacaq./qaynarinfo